QAZAXISTANIN YENİ BAŞ NAZİRİ SEÇİLİB

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Alixan Smailovun Baş nazir vəzifəsinə namizədliyini ölkə Məclisinin (parlamentin aşağı palatası) müzakirəsinə təqdim edib.

Prezident Tokayev parlamentin iclasında videobağlantı vasitəsilə çıxış edərək deputatlara Alixan Smailovun hökumət başçısı vəzifəsinə namizədliyinə baxmağı təklif edib.

İclasda A. Smailovun lehinə 89 nəfər səs verib və o, ölkənin yeni baş naziri seçilib.