
Qazaxıstanın Nursultan Nazarbayev Beynəlxalq Aeroportu paytaxtda hava şəraiti kəskin pisləşdiyi üçün bağlanıb.
Bu barədə hava limanının mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, aeroport bu gün təxminən saat 00:00-a qədər bağlı olacaq. Paytaxtda fırtına və güclü qar yağacağı ilə bağlı xəbərdarlıq edilib.
Qeyd edək ki, Akmola, Karaqanda və Pavlodar vilayətlərində bir sıra marşrutlar da bağlanıb.
Sinoptiklər martın 30-da Qazaxıstanın bəzi rayonlarında qar fırtınası, güclü külək və toz fırtınası olacağı barədə xəbərdarlıq ediblər.