QAZAXISTANIN LOUKOSTER AVİAŞİRKƏTİ BAKIYA UÇUŞLARA BAŞLAYACAQ

Qazaxıstanın “FlyArystan” loukoster aviaşirkəti Aktau-Bakı marşrutu ilə aviareyslərini həyata keçirməyə başlayacaq.

Uçuşların aprelin 1-dən işə düşməsi planlaşdırılır. Reyslər həftədə iki dəfə, cümə və bazar günləri həyata keçiriləcək.

Qeyd edək ki, 2018-ci ildə təsis edilən “FlyArystan” Qazaxıstanın ilk loukoster aviaşirkətidir.