QAZAXISTANDA UŞAQLAR ARASINDA KORONAVİRUSA YOLUXMA HALLARI ARTIB

Qazaxıstanda uşaqlar arasında koronavirusa yoluxma hallarında artım müşahidə edilir.

Qazaxıstanın səhiyyə nazirinin müavini Ajar Giniyat bildirib ki, bu ilin əvvəlindən 34 min uşaq koronavirus infeksiyasına yoluxub, son aylarda xəstələnmə sayı 4-5 dəfə artıb.

Nazir müavini qeyd edib ki, hazırda 558 uşaq stasionar müalicə alır, bunlardan 13 yeni doğulmuş körpədə koronavirus infeksiyası müşahidə olunub.

Qeyd edək ki, ötən gün ərzində Qazaxıstanda koronavirus infeksiyasına yoluxma halında rekord rəqəm qeydə alınıb. Belə ki, 6119 nəfərdə koronavirus aşkar olunub.