Qazaxıstanın Almatı şəhərində “Mir-24” telekanalının binası yandırılıb.
Bu barədə telekanal bildirib.
Qeyd olunur ki, kanalın əməkdaşları təxliyə olunub, onlar arasında xəsarət alan olmayıb.
Xatırladaq ki, ötən gün Qazaxıstanda “Mir”, “Kazaxstan”, “Xabar”, “Evraziya” və “KTK” kanalları da hücuma məruz qalmışdı.