Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ökənin cənubundakı Jambıl vilayətində hərbi hissədə baş vermiş partlayış nəticəsində həlak olanlarla bağlı avqustun 29-da ümummilli matəm elan edib.
Bu barədə Qazaxıstan prezidentinin “Twitter” səhifəsində yazılıb.
Qeyd edək ki, avqustun 26-da Jambıl vilayətində hərbi hissənin silah anbarında ard-arda partlayışlar baş verib. Hadisə nəticəsində 13 hərbçi həlak olub, 100-ə yaxın şəxs yaralanıb.