QAZAXISTANDA İĞTİŞAŞLAR NƏTİCƏSİNDƏ 225 NƏFƏR HƏLAK OLUB

Yanvar ayının əvvəlində Qazaxıstanda baş verən iğtişaşlar nəticəsində 225 nəfər həlak olub, 4,3 mindən artıq insan xəsarət alıb.

Bu barədə ölkənin Baş Prokurorluğundan bildiriblər.

Məlumata əsasən, ümumilikdə 4 578 nəfər iğtişaşlar zamanı zərər görüb, onlardan 4 353 nəfəri yaralanıb. Yaralananlardan 3 393 nəfəri hüquq-mühafizə orqanları əməkdaşlarıdır.