QAZAXISTANDA 6,7 MAQNİTUDALI ZƏLZƏLƏ OLUB

Qazaxıstanda Almatı şəhəri yaxınlığında 6,7 maqnitudalı zəlzələ olub.

Bu barədə şəhərin fövqəladə hallar departamenti məlumat yayıb.

Zəlzələ gecə saatlarında baş verib, sakinlər yeni təkanların baş verəcəyindən qorxaraq, kütləvi şəkildə küçələrə axışıblar.

Zəlzələnin episentri Almatı şəhərindən cənub-şərqdə 264 kilometr məsafədə Qazaxıstan-Qırğızıstan sərhəddində, Çinin Sincan-Uyğur Muxtar Rayonunda yerləşib.

Qeyd edək ki, zəlzələ şəhərdə 4 bal gücündə hiss olunub. Dağıntılar və xəsarət alanlar barədə məlumat daxil olmayıb. Hadisənin nəticələrinin montirinqi aparılır.