QAZAXISTAN ŞİRKƏTİ AZƏRBAYCANA UÇUŞLARA BAŞLAYACAQ

7 iyul tarixindən başlayaraq Qazaxıstanın “Qazaq Air” aviaşirkəti Nur-Sultan – Aktobe – Bakı və geriyə reyslərə başlayır.

Şirkətdən verilən məlumata görə, reyslər həftədə iki dəfə, cümə axşamı və bazar günü yerinə yetiriləcək.

Biletlərin qiyməti 74 658 tənqədən başlayır (160 ABŞ dolları).