QAZAXISTAN SƏFİRİ ŞƏHİDLƏR XİYABANINI ZİYARƏT EDİB

Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov Şəhidlər Xiyabanını ziyarət edib.

Səfirlikdən verilən məlumata görə, Azərbaycanda ümümxalq hüzn günündə Qazaxıstan səfiri Serjan Abdıkarimov səfirliyin əməkdaşları ilə birgə Şəhidlər Xiyabanında gül dəstələri qoyub, müstəqillik, azadlıq və ədalət uğrunda həlak olmuş ölkə vətəndaşlarının əziz xatirəsini ehtiramla yad edib.