QAZAXISTAN PREZİDENTİ ÖLKƏDƏKİ VƏZİYYƏTLƏ BAĞLI KTMT-YƏ MÜRACİƏT EDİB

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkədəki vəziyyətlə bağlı KTMT-yə müraciət edib.

Qazaxıstanın dövlət başçısı Təhlükəsizlik Şurasının fövqəladə iclasında bildirib ki, bu terror dəstələri beynəlxalq xarakter daşıyır, xaricdə ciddi təlim keçiblər və onların Qazaxıstana hücumu təcavüz aktı kimi qiymətləndirilə bilər və edilməlidir.

“Bununla əlaqədar, Kollektiv Təhlükəsizlik Müqaviləsi əsasında bu gün KTMT rəhbərlərinə müraciət etdim ki, bu terror təhlükəsinin aradan qaldırılmasında Qazaxıstana yardım etsinlər. Əslində bu, təhlükə deyil, ərazi bütövlüyünə zərbə vurmaqdır”, – deyə Tokayev bildirib.