QAZAXISTAN PREZİDENTİ ALMANİYAYA XƏZƏR VASİTƏSİLƏ YAŞIL ENERGETİKA LAYİHƏSİNDƏ İŞTİRAK ETMƏYİ TƏKLİF EDİB

Qazaxıstan Özbəkistan və Azərbaycanla birlikdə Xəzər dənizinin dibi ilə Avropa ölkələrinə yaşıl enerji ötürmək üçün xəttin tikintisi layihəsi üzərində işləyir.

Akordanın mətbuat xidməti xəbər verir ki, bu sözləri Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Mərkəzi Asiya dövlət başçılarının Almaniyanın federal kansleri Olaf Şolts ilə görüşündə iştirak edərkən deyib.

“Biz alman tərəfdaşlarımızı bu strateji layihədə iştirak imkanlarını nəzərdən keçirməyə dəvət edirik”, -deyə Tokayev qeyd edib.