QAZAXISTAN MEDİASI: AZƏRBAYCAN PREZİDENTİ “ERMƏNİ SOYQIRIMI”NIN ABŞ TƏRƏFİNDƏN TANINMASINI TARİXİ SƏHV ADLANDIRIB

ABŞ Prezidenti Co Baydenin qondarma “erməni soyqırımı” ilə bağlı ədalətsiz bəyanatına görə Azərbaycanın Türkiyəyə verdiyi dəstək Qazaxıstan mediasında işıqlandırlıb.

Aprelin 24-də məlum bəyanatdan sonra Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasındakı baş tutan telefon danışığı Qazaxıstanın “zakon.kz”, “baigenews.kz” işıqlandırılıb.

Məqalədə ABŞ Prezidentinin bəyanatını tarixi səhv adlandıran Prezident İlham Əliyevin telefon danışığı zamanı səsləndirdiyi fikirlər təqdim edilib. Azərbaycan Prezidentinin bu bəyanatın bölgədə yaranan əməkdaşlıq tendensiyalarına ciddi ziyan vurduğu barədə fikirləri də məqalədə yer alıb.

Bundan əlavə, dövlətimizin başçısının “Azərbaycan hər zaman Türkiyənin yanında olub” sözləri qeyd olunub.