QAZAXISTAN AZƏRBAYCANA AVİAREYSLƏRİN SAYINI ARTIRACAQ

Qazaxıstan 2022-ci il fevralın 18-dən Aktau və Bakı şəhərləri arasında müntəzəm reysləri bərpa etməyi planlaşdırır.
Mülki Aviasiya Komitəsinin mətbuat xidməti xəbər verir ki, bu istiqamətdə həftədə üç dəfə (bazar ertəsi, çərşənbə və şənbə) uçuşlar həyata keçiriləcək.
Bildirilir ki, bu qərar Qazaxıstan ərazisində koronavirus infeksiyasının yaranması və yayılmasının qarşısının alınması məqsədilə İdarələrarası Komissiya tərəfindən qəbul edilib.
Uçuşlar sanitar-epidemioloji tələblərə ciddi riayət olunmaqla və aviaşirkətin saytında dərc olunmuş cədvələ uyğun həyata keçiriləcək.