Qazaxıstanın “Qazaq Air” aviaşirkəti Bakıya müntəzəm reyslər yerinə yetirməyi planlaşdırır.
Bu barədə Qazaxıstanın Mülki Aviasiya Komitəsi məlumat verir.
Məlumata əsasən, “Qazaq Air” iyulun 7-dən Aktobe-Bakı-Aktobe marşrutu ilə müntəzəm reyslərə başlamağı nəzərdə tutur.
Uçuşlar həftədə iki dəfə, cümə axşamı və bazar günü həyata keçiriləcək.