“QAZAQ AİR” YEKATERİNBURQA UÇUŞLARI DAYANDIRIB

Qazaxıstanın “Qazaq Air” aviakompaniyası təhlükəsizlik məqsədilə Astana-Yekaterinburq marşrutu üzrə uçuşları dayandırıb.

Bu barədə aviakompaniyanın bəyanatında deyilir.

“Qazaq Air” cari il dekabrın 28-dən 2025-ci il yanvarın 27-dək Astana-Yekaterinburq marşrutu üzrə uçuşları müvəqqəti dayandırmağa məcburdur. Reyslərin dayandırılması Rusiyaya uçuş risklərinin daim qiymətləndirilməsinin nəticələri əsasında sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyini təmin etmək məqsədilə həyata keçirilib”, – deyə mətndə bildirilir.

Bəyanatda, həmçinin qeyd olunur ki, “Qazaq Air” risk qiymətləndirmə meyarlarına cavab verən Omsk və Novosibirskə uçuşları davam etdirəcək, Yekaterinburqa uçuşların bərpası risklərin yenidən qiymətləndirilməsinin nəticələrinə əsasən həyata keçiriləcək.