QATARLARIN SÜRƏT HƏDDİ BƏRPA OLUNUB

Azərbaycanda hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə qeyri-sabit hava şəraitində şəhərətrafı və regionlar üzrə fəaliyyət göstərən sərnişin və yük qatarlarının endirilmiş sürət həddi bərpa olunub.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.

“Sərnişinlərimizdən qış mövsümündə platformalarda hərəkət zamanı ehtiyatlı olmaları və dəmir yolu xətlərini keçən zaman müvafiq keçidlərdən istifadə etmələri xahiş olunur”, – deyə məlumatda qeyd edilib.