“QATAR AİRWAYS” DOHADAN BAKIYA UÇUŞLARI BƏRPA EDİR

Qətərin “Qatar Airways” şirkəti mayın 10-dan Doha-Bakı-Doha marşrutu ilə uçuşları bərpa edəcək.

Bu barədə Heydər Əliyev Beynəlxalq Hava limanından bildiriblər.

Qeyd olunub ki, uçuşlar həftədə üç dəfə, bazar ertəsi, çərşənbə axşamı və cümə axşamı günləri keçiriləcək.

Bakıdan Dohaya uçuşlar yerli vaxtla saat 03:25-də, Dohadan Bakıya yerli vaxtla 20:20-də baş tutacaq.

İyunun 11-dən etibarən Doha-Bakı-Doha reysləri hər gün yerinə yetiriləcək.