“QARDAŞ KÖMƏYİ” PLATFORMASI ÇƏRÇİVƏSİNDƏ GÖNDƏRİLƏN YARDIMLARIN SAYI AÇIQLANIB

Qardaş Türkiyədə baş vermiş dağıdıcı zəlzələdə zərər çəkən insanlara dəstək məqsədi ilə yaradılan “Qardaş Köməyi” platforması çərçivəsində göndərilən yardımların sayı açıqlanıb.

Bu günə qədər yardımlar 104 yük maşını ilə və 4 təyyarə göndərilib.

Həmin yardımlar üzrə göstəriciləri təqdim edirik.

Xatırladaq ki, ötən gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.