QARABAĞLA BAĞLI BƏYANATLARDAKI RAZILAŞMALAR ÜMUMİLİKDƏ İCRA OLUNUR – RUSİYA XİN

Qarabağla bağlı bəyanatlardakı razılaşmalar ümumilikdə icra olunur.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.

“Razılaşmaların imzalandığı andan keçən hər günün arxasında nəhəng əmək dayanır. Bakı və Yerevan bütün müddəaların yerinə yetirilməsinə sadiqliyini saxlayır. Ekspertlər, diplomatlar, qurumların nümayəndələri dövlət başçılarının verdiyi tapşırıqları və birgə qəbul olunan sənədləri rəhbər tutaraq hər gün işləyirlər”, – deyə o bildirib.