Bu ilin noyabrında AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin təşkilatçılığı ilə “Qarabağın tarixi–mədəni irsi” mövzusunda respublika elmi konfransı keçiriləcək.
Bu barədə muzeydən məlumat verilib. Bildirilib ki, tədbir Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci ilin ölkəmizdə “Şuşa İli” elan edilməsi haqqında Sərəncamına uyğun olaraq təşkil ediləcək.
Konfrans üçün məruzələr iyunun 1-dək nargiz.aliyeva.52@mail.ru və behmen_76@mail.ru e-poçt ünvanlarına göndərilməlidir.
Tədbir Qarabağın maddi-mənəvi irsi və muzeylər, Qarabağ abidələri, Qarabağ muzeyləri, Qarabağın görkəmli ziyalıları, Qarabağ irsinin muzey kolleksiyalarında təbliği məsələləri, Qarabağda müasir dövrdə aparılan mədəni quruculuq işləri və digər mövzuları əhatə edəcək.