“QARABAĞ”IN QƏLƏBƏSİ AZƏRBAYCANİN REYTİNQİNİ QALDİRDİ

UEFA reytinqində Azərbaycan irəliləyib.

“Qarabağ”ın Şimali Makedoniya klubu “Sileks” üzərində qələbəsi (4:0) Azərbaycanın reytinqinə də müsbət təsir göstərib.

Cari mövsümdə 0,375, son beş mövsümün nəticələrinə əsasən 14,750 xala malik Azərbaycan reytinqdə iki pillə irəliləyərək, XXIV yerə yüksəlib.

XXIII yerdəki Bolqarıstandan Azərbaycan 1,625 xal geri qalır.