“QARABAĞ”DAN BU GÜN KEÇİRİLƏCƏK OYUNLA BAĞLI AÇIQLAMA

“Qarabağ”ın Konfrans Liqasının qrup mərhələsinin 5-ci turunda “Omoniya” (Kipr) ilə Bakıda keçirəcəyi oyununa bilet satışı davam edir. Biletlərin qiyməti müvafiq olaraq 3, 5, 10, 50 və 75 manat təşkil edir.

Klubun mətbuat katibi Gündüz Abbaszadə bildirib ki, artıq 13000 bilet satılıb.

O bildirib ki, “Omoniya” klubu il qarşılaşacaq “Qarabağ”ın matçına maraq böyükdür: “Havanın yağıntılı keçməsi oyunçularımızın oyununa və azarkeşlərimizin meydana gəlişinə mənfi təsir etməyəcək”, – G.Abbaszadə deyib.

Qeyd edək ki, “Qarabağ” – “Omoniya” matçı bu gün saat 21:45-də start götürəcək.Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunda COVID-19 pandemiyası ilə əlaqədar stadion tutumunun 50 faizi qədər azarkeş tribunalara buraxılacaq.