Qarabağda və ətraf rayonlarda mədəni-tarixi irsin qorunması məsələsi Rusiyanın həm rəsmi Bakı, həm də rəsmi Yerevanla təmaslarında müntəzəm müzakirə olunur.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
O bildirib ki, bu məsələ xarici işlər naziri Sergey Lavrovun Ermənistana və Azərbaycana səfəri zamanı da müzakirə olunub:
“Biz UNESCO-nun regiona missiyasının tezliklə təşkil olunmasının tərəfdarıyıq. Həmsədrlərin bu il aprelin 13-də verdiyi bəyanatda vurğulanır: dini-mədəni irsin mühafizəsi və qorunması Azərbaycan və Ermənistandan əlavə səylər tələb edən məsələlər sırasındadır”.