QARABAĞDA ELEKTROMOBİLLƏR ÜÇÜN ŞARJ STANSİYALARI QURAŞDIRILIB

Şuşa, Hadrut və Xocavənddə elektromobillər üçün şarj stansiyaları fəaliyyət göstərir.

Bunu “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə qurumun bu ilin 6 ayında gördüyü işlərə dair Hadrutda media nümayəndələri ilə keçirilən görüşdə bildirib.

Onun sözlərinə görə, gələcəkdə “Azərışıq” özü də elektromobillərdən istifadə etməyi planlaşdırır.

“Gələcəkdə bu ərazilərdə bütün yarımstansiyalarda şarj stansiyaları quraşdırılacaq”, – deyə o, əlavə edib.