QARABAĞDA 14 MİNDƏN ARTIQ OBYEKT İNVENTARİZASİYA OLUNUB

Bu günədək Qarabağda 14 mindən artıq obyekt inventarizasiya olunub.

Bu barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev 2022-ci ilin yekunlarına həsr edilmiş mətbuat konfransında deyib.

“Azərbaycanın işğaldan azad edilmiş ərazilərində inventarizasiya işləri davam edir. 2022-ci ildə Laçında və 7 ətrafyanı kənddə 1500-ə yaxın obyekt inventarizasiya olunub”, – Xidmət rəisi əlavə edib.