QARABAĞ ZƏFƏRİNDƏN SONRA TÜRKİYƏ REGİONAL SÜLHƏ TÖHFƏ VERMƏK ÜÇÜN NORMALLAŞMA ADDIMLARI ATIR – AKP SÖZÇÜSÜ

Qarabağ zəfərinin qazanılmasından sonra bölgədə yeni imkanlar ortaya çıxdı. Regional sülhə töhfə vermək üçün prezidentimiz normallaşma addımları atır.

Bunu Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) mətbuat katibi Ömər Çelik mətbuat konfransında deyib.

“Ermənistanda normallaşma addımlarını diqqətlə izləyirik. Artıq Ermənistanla Türkiyə arasında uçuşlar başlayır. Bu nöqtəyə gələnə qədər uzun yol qət etdik. Türkiyə heç vaxt sülh missiyasını müdafiə etmək addımlarından imtina etməyib. Ermənistan isə qarşılıqlı etimad yaradacaq bütün siyasi addımları qəbul etməyib”, – deyə o bildirib.

AKP rəsmisi iki ölkə arasında gələcək normallaşma prosesində hər hansı təxribatların baş verməyəcəyinə ümid etdiyini deyib.