QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZURDAKI YOL LAYİHƏLƏRİNİN İCRA VƏZİYYƏTİ AÇIQLANIB

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında icra olunan yol infrastrukturu layihələrinə dair məlumat açıqlayıb.

1 Əhmədbəyli – Füzuli – Şuşa avtomobil yolu

– texniki göstəriciləri: 81.6 km, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.
– görülmüş işlər: 0-17, 26-44, 51-52, 58-64, 71-72, 75-80-ci km hissələrində torpaq yatağının tikintisi,1, 27,34, 37, 50, 62, 79-cu km-də körpülərin, 80-ci km-də tunellərin və 60-cı km-də alt keçidlərin tikintisi aparılır.

2 Toğanalı – Kəlbəcər – İstisu avtomobil yolu

– texniki göstəriciləri: yol – 80.7 km, I-II texniki dərəcəli, 2-3 hərəkət zolaqlı, tunel – 11.6 km.
– görülmüş işlər: yolun 12-13-cü km hissəsində torpaq yatağının qazılması, 12.8 və 13.3-cü km hissələrdə suötürücü boruların inşası və mövcud kanalların köçürülməsi işləri davam edir. Murovdağ tunelinin giriş və çıxış hissəsində ümumilikdə 750 m üst yarı qazma işləri aparılıb. Yolların qış baxımı ilə əlaqədar layihə boyunca qarın təmizlənməsi və duz-qum qarışığının səpilməsi təmin edilir.

3 Kəlbəcər -– Laçın avtomobil yolu

– texniki göstəriciləri: yol – 72.3 km, I-II texniki dərəcəli, 2-3 hərəkət zolaqlı, tunel – 9.8 km;
– görülmüş işlər: yolun torpaq yatağının tikintisi işləri 40% icra olunub. Mobilizasiya işləri davam etdirilir.

4 Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun tikintisi

– texniki göstəriciləri: 30 km, IV texniki dərəcəli, 2 hərəkət zolaqlı.
– görülmüş işlər: yolların torpaq yatağının və yol geyimi tikintisi işləri aparılır, boruların tikintisi 95% icra olunub, yol nişanları 85% quraşdırılıb.

5 Horadiz – Cəbrayıl – Zəngilan – Ağbənd avtomobil yolu

– texniki göstəriciləri: 123.8 km, I texniki dərəcəli, 4-6 hərəkət zolaqlı.
– görülmüş işlər: 0-23 və 42-76-cı km hissələrdə torpaq yatağının tikintisi aparılır. Torpaq işləri 25%, boru və keçidlərin tikintisi 29%, körpülərin tikintisi 25% icra olunub.

6 Xudafərin – Qubadlı -– Laçın avtomobil yolu

– texniki göstəriciləri: 70.4 km, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.
– görülmüş işlər: Qubadlı – Laçın istiqamətində 0-37 km, Xanlıq istiqamətində 0-1 və 5-14 km hissələrdə torpaq yatağı tikilib, 1, 11, 23, 33 və 39-cu km-də körpü tikintisi işləri aparılır. Torpaq işləri 37%, yol geyimi – 4%, boru və keçidlərin tikintisi 37%, körpülərin tikintisi 29 % icra olunub.

7 Qubadlı – Eyvazlı avtomobil yolu

– texniki göstəriciləri: 26 km, IV texniki dərəcəli, 2 hərəkət zolaqlı.
– görülmüş işlər: Qubadlı rayonu ərazisində Eyvazlı kəndinə gedən yolda qaya qruntları dağıdılmaqla torpaq yatağının tikintisi işləri aparılır. Ümumi yolun 8 km-də torpaq yatağının genişləndirilərək normativ enə çatdırılması işləri başa çatıb.

8 Şükürbəyli – Cəbrayıl – Hadrut avtomobil

– texniki göstəriciləri: 43 km, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.
görülmüş işlər: torpaq işləri 53%, yol geyimi 10%, boru və keçidlərin tikintisi 55%, körpülərin tikintisi 51 % icra olunub.

9 Füzuli -– Hadrut avtomobil yolu

– texniki göstəriciləri: 13 km, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.
görülmüş işlər: yolun torpaq yatağının tikintisi işləri aparılır. İlk 8 km hissədə torpaq işləri və yol yatağının tikintisi 50% icra olunub.

10 Bərdə – Ağdam avtomobil yolu

– texniki göstəriciləri: 45 km, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.
– görülmüş işlər: torpaq işləri 45.9%, yol geyimi 9.8%, boru və keçidlərin tikintisi işləri 33.5%, körpülərin tikintisi 84.9% icra olunub.

11 Talış – Tapqaraqoyunlu – Qaşaltı – Naftalan avtomobil yolu

– texniki göstəriciləri: 22 km, II-IV texniki dərəcəli, 2 hərəkət zolaqlı.
– görülmüş işlər: Yolun ilk 1.8 km-lik hissəsində asfalt-beton örtüyün alt qatı tikilib, 1.8-6 km və 12-22 km hissələrində boruların quraşdırılması və əsasın tikintisi işləri aparılır.