QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZURDA 2 MİNDƏN ÇOX EV VƏ İCTİMAİ BİNADA GÜNƏŞ PANELLƏRİ QURULUB

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 2 000-dən çox ev və ictimai binada damüstü günəş panelləri quraşdırılıb.

Bu barədə Energetika Nazirliyi məlumat yayıb.

Bildirilib ki, həmin günəş panellərinin gücü 7 000 kVt/saat-dan çoxdur.

“Müasir şəhərsalmanın əsas elementlərindən olan damüstü günəş panelləri Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji” zonasına çevrilməsində mühüm rol oynayır. Bu yanaşma həm enerji səmərəliliyini artırır, həm də bu bölgələrin daha da dayanıqlı və ekoloji cəhətdən təmiz inkişafına töhfə verir”, – məlumatda qeyd olunub.