QARABAĞ UNİVERSİTETİNİN MAGİSTRATURA İMTAHANLARI XANKƏNDİDƏ KEÇİRİLƏCƏK

İki ildən sonra Qarabağ Universitetinin ilk məzunları magistratura imtahanlarını da Xankəndidə verəcəklər.

Bunu bu gün Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə “Zəfər Günü” ilə əlaqədar keçirilən tədbirdə deyib.

“Biz qəbul imtahanlarını keçirdik və indi növbəti mərhələyə ümidlə baxırıq.

Bildiyiniz kimi, artıq iki ildir ki, Xankəndi Universitetinə qəbul aparılır. İki ildən sonra həmin universitetin ilk məzunları magistratura imtahanlarını da birbaşa Xankəndidə verəcəklər. Biz buna tam əminik”, – deyə o vurğulayıb.