QARABAĞ UNİVERSİTETİNİN İNCƏSƏNƏT FAKÜLTƏSİNDƏ MÜƏLLİM VAKANSİYASI ELAN OLUNUR

Qarabağ Universitetində musiqişünaslıq, pianino, skripka, klarnet, saksofon, tar, kamança, saz, qanun, balaban, nağara, qarmon alətləri; xanəndəlik, rəsm, rəngkarlıq, sənətşünaslıq və milli vokal istiqamətləri üzrə müəllim vakansiyaları elan edilib.

Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Tələblərə cavab verən namizədlər müraciətlərini mövzu yerinə “_ (istiqamət üzrə) müəllim” yazmaqla karabakh@edu.gov.az elektron poçt ünvanına göndərə bilərlər.

Vakansiya üzrə müraciət iyulun 7-dək qəbul edilir.