QARABAĞ UNİVERSİTETİNDƏ İLK TƏDRİS İLİNƏ HAZIRLIQ İŞLƏRİ YEKUNLAŞIB

2024/2025-ci tədris ili üzrə Qarabağ Universitetində dərslər sentyabrın 23-də başlayacaq.

Bu barədə universitetdən məlumat verilib. Bildirilib ki, ilk tədris ilinə hazırlıqla bağlı işlər yekunlaşıb, universitetin infrastrukturu tam hazırlanıb, professor-müəllim heyəti tam formalaşıb və bütün ixtisaslar üzrə dərs cədvəlləri hazırlanıb.

Bundan əlavə, Qarabağ Universitetində oriyentasiya (tanışlıq) günləri keçiriləcək. Həmin günlərdə tələbələr universitetin kampusu, əməkdaşlarla və Xankəndi şəhəri ilə tanış olacaq, bütün zəruri məlumatları əldə edəcək və onları maraqlandıran bütün suallara cavab alacaqlar.

Universitetə gəliş tarixləri barədə dəqiq məlumat tələbələrə müvafiq vatsap qrupları üzərindən təqdim ediləcək.