“QARABAĞ TARİXİ” DƏRSLİYİ “QARABAĞIN ZƏFƏR TARİXİ” ADLANDIRILACAQ

Məktəblərdə “Qarabağ tarixi” dərsliyi növbəti tədris ilindən “Qarabağın zəfər tarixi” adı altında IX sinif şagirdləri üçün tədris ediləcək.
Bunu təhsil naziri Emin Əmrullayev bildirib.
Nazir qeyd edib ki, bu dərslik vasitəsilə Qarabağın tarixi, Qarabağ münaqişəsi ilə bağlı uzunmüddətli danışıqlar prosesi, baş verən hadisələrin, zəfərin qazanılması və s. barədə məlumatların Azərbaycan vətəndaşlarına, şagirdlərə çatdırılması təmin ediləcək.