UEFA Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ” və Fransanın “Marsel” klubları arasında keçiriləcək cavab oyununun biletlərinin satışı dayandırılıb.
Bu barədə Ağdam klubunun mətbuat xidməti bildirib.
Bildirilib ki, sabah – fevralın 21-i saat 11:00-dan biletlər yenidən satışda olacaq.
Qeyd edək ki, fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyuna COVID-19 pandemiyası ilə əlaqədar stadion tutumunun 50 faizi qədər azarkeş buraxılacaq.
Görüş saat 21:45-də başlanacaq.