“QARABAĞ – MƏDƏNİYYƏTİMİZİN BEŞİYİ”: PƏNAHƏLİ XANİN IMARƏTİ

Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal edilmiş ərazilərdə dağıdılan, talan edilən mədəniyyət ocaqları, abidələr, tarixi-memarlıq nümunəsi olan tikililər, Azərbaycan xalqının Qarabağda saxtalaşdırmaya və mənimsənilməyə məruz qalan zəngin mədəni irsi ilə bağlı həqiqətlərin beynəlxalq səviyyədə ictimailəşdirilməsi məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən “Qarabağ – mədəniyyətimizin beşiyi” adlı layihə davam edir.

Xəbər verir ki, layihə çərçivəsində növbəti material Pənahəli xanın imarətinə həsr olunub.

“Pənahəli xanın imarəti” adı ilə tanınan abidə Ağdam şəhəri yaxınlığında olub, dağınıq şəkildə dövrümüzə qədər gəlib çatmış XVIII əsrə aid tarix-memarlıq abidəsidir.

Qeyd edək ki, layihə çərçivəsində mədəni irsimizə qarşı vandalizm aktları, əzəli yurd yerlərimizdəki abidələr, tarixi həqiqətlərin yerli və dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün hazırlanan məlumatların müxtəlif dillərdə qlobal internet məkanında, o cümlədən sosial şəbəkələrdə yayılması nəzərdə tutulur.