“QARABAĞ” KLUBU ƏZƏLİ RƏQİBLƏRİN DUELİNDƏN QALİB AYRILIB

“Neftçi”-“Qarabağ” oyunu ilə futbol üzrə Azərbaycan Premyer Liqasında XVI tura start verilib.

Əzəli rəqiblərin oyununa ev sahibliyi edən “Bakcell Arena”da “Qarabağ” komandası böyük hesablı qələbə qazanıb.

Oyunun birinci hissəsi qolsuz heç-heçə ilə başa çatıb. İkinci hissəyə fəal başlayan Ağdam təmsilçisi 37-ci dəqiqədə hesabı açıb. Kadi Borqes baxımlı qolla “Qarabağ”ı hesabda önə keçirib. Matçın 60-cı dəqiqəsində Abdullah Zubir “Neftçi” futbolçularını meydanın mərkəzinə dəvət edib. Yeddi dəqiqə sonra Ramil Şeydayev Bakı təmsilçisinin qapısına yol tapmağı bacarıb. Görüşün 83-cü dəqiqəsində K.Borqes dubl etməklə oyunun nəticəsini müəyyənləşdirib.