QARABAĞ DİRÇƏLİŞ FONDUNUN MÜŞAHİDƏ ŞURASININ TƏRKİBİNDƏ DƏYİŞİKLİK EDİLİB – SƏRƏNCAM

“Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının tərkibində dəyişiklik edilib.

Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Muxtar Babayev – Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi statusunda Müşahidə Şurasının tərkibinə daxil edilib.

Muxtar Babayev bundan əvvəl Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasında ekologiya və təbii sərvətlər naziri kimi təmsil olunub.