QARA QARAYEV “QARABAĞ” KLUBU İLƏ VİDALAŞIB

Ağdamın “Qarabağ” klubu futbolçusu Qara Qarayevlə vidalaşıb.

Klub xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi yetirməsi olduğu komandanı tərk edib. Onun “Neftçi”yə keçidi gözlənilir.

Qeyd edək ki, Qara Qarayev 2008-ci ildən bəri “Qarabağ”ın əsas komandasında çıxış edib.