Zəfər Gününün dördüncü ildönümü münasibətilə Azərbaycan Bayrağı İstanbulun məşhur abidəsinin üzərinə proyeksiya olunub.
Ölkəmizlə yanaşı bütün Türk dünyasının tarixinə ən şanlı səhifələrdən biri kimi yazılan, 44 günlük Vətən müharibəsi nəticəsində əldə edilən bu tarixi Qələbə münasibətilə dünyanın ən məşhur abidələrindən biri olan tarixi Qalata Qülləsində Azərbaycan Bayrağı və Xarıbülbül əks olunub.
Azərbaycan Bayrağının proyeksiyası ölkəmizin İstanbuldakı Baş konsulluğunun təşəbbüsü, Türkiyənin aidiyyəti qurumlarının dəstəyi ilə baş tutub.