QAİ ALMANİYA BUNDESTAQININ KOMİTƏ SƏDRİNƏ ÇAĞIRIŞ EDİB

Almaniya Bundestaqının xarici məsələlər komitəsinin sədri Mihael Rot Avropa İttifaqının Ermənistandakı missiyasının Azərbaycan ərazilərini də əhatə etməsinin vacibliyi ilə bağlı bəyanat verib.

Qərbi Azərbaycan İcması bununla bağlı bəyanat verib.

Bəyanatda qeyd edilir ki, ilk öncə M.Rotdan Azərbaycanın suverenliyinə qarşı yönəlmiş bu cür təxribatçı bəyanatlardan çəkinməyi tələb edirik.

M.Rotun diqqətinə çatdırırıq ki, Avropa İttifaqının Ermənistandakı Missiyasının patrul apardığı ərazilərin əksəri vaxtilə azərbaycanlıların yaşadığı və deportasiya edildiyi ərazilərdir.

Qərbi Azərbaycan İcması hesab edir ki, M.Rot Ermənistan hökumətini azərbaycanlıların öz dədə-baba yurdlarına qayıdışına imkan yaratmağa və Avropa İttifaqının missiyasını bu prosesə töhfə verməyə çağırmalıdır.