“QAFQAZ QARTALI – 2024” TƏLİMİNDƏ BİRGƏ FƏALİYYƏTLƏR İCRA OLUNUB 

Ölkəmizdə keçirilən “Qafqaz Qartalı – 2024” təlimində xüsusi təyinatlılar yüksək peşəkarlıq nümayiş etdirirlər.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Birgə təlimin növbəti mərhələsində şərti düşmənin yerləşmə məntəqəsi müəyyən olunaraq zərbə PUA-sının tətbiqi ilə qəfil basqın icra edilib, onun canlı qüvvəsi zərərsizləşdirilib.

“Qafqaz Qartalı – 2024” təlimində qarşıya qoyulan tapşırıqlar Azərbaycan, Türkiyə və Gürcüstanın hərbi qulluqçuları tərəfindən müvəffəqiyyətlə icra olunur.