“QAFQAZ QARTALI – 2024”: AZƏRBAYCAN, TÜRKİYƏ VƏ GÜRCÜSTAN XÜSUSİ TƏYİNATLILARININ TƏLİMİNDƏ GECƏ VAXTI TAPŞIRIQLAR İCRA EDİLİB

Azərbaycan, Türkiyə və Gürcüstanın xüsusi təyinatlı qüvvələrinin iştirakı ilə ölkəmizdə keçirilən “Qafqaz Qartalı – 2024” təlimi davam edir.

Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimin planına uyğun olaraq, hər üç ölkənin xüsusi təyinatlıları gecə və məhdudgörmə şəraitində müxtəlif maneələri dəf edərək gizli yollarla şərti düşmənə yaxınlaşma və onun zərərsizləşdirilməsi üzrə tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.

“Qafqaz Qartalı – 2024” birgə təlimi iyunun 12-dək davam edəcək.