QADIN VOLEYBOLÇULARDAN İBARƏT AZƏRBAYCAN YIĞMASINA YENİ BAŞ MƏŞQÇİ TƏYİN OLUNUB

Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasına yeni baş məşqçi təyin olunub.

Azərbaycan Voleybol Federasiyası xəbər verir ki, millimiz türk mütəxəssis Ataman Güneyligilə həvalə edilib.

Mayın 16-da mütəxəssis Voleybol Mərkəzində ictimaiyyətə təqdim olunacaq.