Azərbaycan Vəkillər Kollegiyasında Qadın Vəkillər Alyansının əsasnaməsi təsdiq edilib.
Bu barədə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin iclasında qərar qəbul olunub.
Bildirilib ki, Azərbaycan Qadın Vəkillər Alyansı vəkillərin müstəqilliyi prinsipinə əməl edilməklə, qadınlar və uşaqlara dair insan hüquq və azadlıqlarının və qanuni mənafelərinin müdafiəsinin gücləndirilməsi, qadınlar və uşaqlar arasında hüquqi maarifləndirmə işinin aparılması, cəmiyyətin ictimai, sosial, mədəni və hüquqi sferasında qadın vəkillərin rolunun artırılması və fəal iştirakının təmin edilməsi, hüquqşünas qadınlar arasında vəkil peşəsinin təbliği və qadın vəkillərin sayının artırılması məqsədi ilə Azərbaycan Konstitusiyasının, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanununun və Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının Nizamnaməsinin tələblərinə uyğun olaraq yaradılır.