QADIN MİNATƏMİZLƏYƏNLƏRƏ SERTİFİKATLAR TƏQDİM OLUNUB

Qadın minatəmizləyənlərə sertifikatlar təqdim olunub.

“Mina təhlükəsi ilə mübarizə: innovasiyalar və qabaqcıl təcrübələr” mövzusunda beynəlxalq texniki konfrans çərçivəsində qadın minatəmizləyənlərin sertifikatlandırma mərasimi keçirilib.

Qeyd olunub ki, bu addım Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin gender bərabərliyinə verdiyi önəmi göstərir.