QADIN HƏRBÇİLƏR ÜÇÜN MAXE MÜDDƏTİ AZALDILIB

 

Müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edilən qadın hərbi qulluqçularla bağlanan ilkin bağlaşma müddəti azaldılıb.

Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, qadınlarla bağlanan ilkin bağlaşma müddəti 3 ildən 6 ayadək azaldılıb.