QƏTƏRDƏ KEÇİRİLƏCƏK DÜNYA ÇEMPİONATININ OYUNLARINA TƏYİNAT ALACAQ REFERİLƏRİN ADLARI AÇIQLANIB

FIFA bu il Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının oyunlarına təyinat alacaq referilərin adlarını açıqlayıb.
Qurum açıqladığı siyahıda 36 əsas, 69 köməkçi və 24 VAR hakiminin adı yer alıb.
Ruandalı Salima Mukansanqa, fransalı Stefani Frappar və yaponiyalı Yoşimi Yamaşita mundialın final mərhələsinə təyinat alan ilk qadın hakimlər kimi tarixə düşüblər.
Qeyd edək ki, “Qətər-2022” dünya çempionatları tarixində ilk dəfə yayda deyil, noyabrın 21-dən dekabrın 18-dək olan müddətdə təşkil olunacaq.