QƏTƏR DÖVLƏTİ ƏMİRİNİN MÜAVİNİ PREZİDENT İLHAM ƏLİYEVƏ BAŞSAĞLIĞI MƏKTUBU ÜNVANLAYIB

Qətər Dövləti Əmirinin müavini Şeyx Abdullah bin Həməd Al Tani Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Zati-aliləri.

Azərbaycana məxsus təyyarənin qəzaya uğraması nəticəsində baş vermiş faciə ilə əlaqədar Zati-alinizə və həyatını itirənlərin ailələrinə Qətər Dövlətinin Hökuməti adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə şəfa tapmalarını arzulayıram.

Həlak olanlara Uca Allahdan rəhmət diləyirəm. Məkanları behişt olsun!”