QƏTƏR ƏMİRİ PREZİDENT İLHAM ƏLİYEVİ TƏBRİK EDİB

Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Ölkənizin Müstəqillik Günü münasibətilə Sizə və qardaş Azərbaycan xalqına Qətər Dövlətinin xalqı adından və şəxsən öz adımdan səmimi salamlarımı və təbriklərimi çatdırıram.

Zati-alinizə möhkəm cansağlığı və firavanlıq, Azərbaycan xalqına rifah və tərəqqi arzulayır, ölkələrimiz arasında mövcud səmimi münasibətlərin gələcək illərdə daha da möhkəmlənməsini diləyirik”.