
Bosniya və Herseqovina ilə Serbiyadakı qeyri-hökumət təşkilatları Fələstin xalqına dəstək məqsədilə humanitar yardım kampaniyalarına start verib.
Bosniya və Herseqovinadakı xeyriyyə cəmiyyətləri tərəfindən və Serbiyada bosniyalıların sıx yaşadığı Novi Pazar şəhərində blokadada olan Qəzza əhalisi üçün yardımlar toplanır.
Ötən günlərdə isə Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda, eləcə də Monteneqroda bosniyalıların sıx yaşadığı şəhərlərdə toplaşan minlərlə aksiya iştirakçısı dinc insanların ölümünə səbəb olan münaqişəni pisləyib.